22 Yanvar 2023, 19:36
Tbilisi Bakı və İrəvan arasında moderator olmağa hazırdır

Tbilisi Bakı ilə İrəvan arasında xüsusi münasibətləri ilə seçilir və buna görə də onlar arasında moderator rolunda çıxış etməyə hazırdır
"Operativ Media" xəbər verir ki, Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski jurnalistlərə bildirib ki, Gürcüstanda iki böyük icmanın - erməni və azərbaycanlıların kompakt yaşayışını da nəzərə almamaq mümkün deyil. Bölgəni gələcək hərbi eskalasiyadan xilas etmək Tbilisinin maraqlarına uyğundur və məhz bunun ətrafında tərəflər birləşməli, beynəlxalq ictimaiyyət buna dəstək verməlidir.
Hakim “Gürcü Arzusu” partiyasının deputatı Mixail Sarjveladze də eyni fikirlə çıxış edib: Gürcüstan Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlıdır və üzərinə konkret öhdəliklər götürməyə hazırdır.