21 Noyabr 2024, 21:28
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi ilə bu ölkənin Pnompen şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyası çərçivəsində ICAPP Daimi Komitəsinin (DK) 42-ci iclasında iştirak edib.
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib şəkil
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib

YAP-dan "Operatuv Media"ya verilən xəbərə görə, tədbirdə ICAPP-ın cari il ərzində fəaliyyətinə nəzər salınıb, Daimi Komitənin yeni üzvləri təqdim olunub və qurumun gələcək planlarına dair ətraflı fikir mübadiləsi aparılıb.

Əvvəlcə Kamboca Xalq Partiyasının Prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen açılış nitqi ilə çıxış edib. O, ICAPP rəhbərliyinə və Daimi Komitənin üzvlərinə minnətdarlıq edərək qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb.

Daha sonra ICAPP Daimi Komitəsinin sədr müavini və Kamboca Xalq Partiyasının Əbədi əlaqələr komissiyasının sədr müavini Suos Yara ICAPP-ın 12-ci Baş Assambleyasına hazırlıq işləri barədə məlumat verib. Eyni zamanda, Assambleyanın Büro üzvlüyünə namizədlərin siyahısına baxılıb.

İclasda, həmçinin ICAPP-ın BRICS vasitəsilə müxtəlif ölkələrlə, o cümlədən müxtəlif siyasi partiyalarla əməkdaşlıq məsələləri nəzərdən keçirilib. ICAPP-ın YUNESKO ilə əməkdaşlığının genişləndirilməsi imkanları barədə də təkliflər səsləndirilib.

Həmin gün Kamboca Xalq Partiyasının Prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen adından Assambleyanın iştirakçıları üçün rəsmi ziyafət təşkil olunub.

Son xəbərlər
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır
Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb
İran prezidenti: ABŞ-ylə razılaşmaya ciddi yanaşırıq