22 Noyabr 2024, 23:57
Qazaxıstan COP29-da karbon neytrallığına nail olmaq planlarını təqdim edib
COP29 çərçivəsində “Qazaxıstan” pavilyonunda “Karbon neytrallığına gedən yolda Qazaxıstan şəhərlərinə dəstək” adlı tədbir keçirilib.
Qazaxıstan COP29-da karbon neytrallığına nail olmaq planlarını təqdim edib şəkil
Qazaxıstan COP29-da karbon neytrallığına nail olmaq planlarını təqdim edib

"Operativ Media" xəbər verir ki, Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev çıxışında 2060-cı ilə qədər karbon neytrallığına nail olunmasının vacibliyini vurğulayıb və bu prosesdə şəhərlərin əsas rolunu qeyd edib.

Tədbirdə Qazaxıstanın karbon neytrallığına nail olmaqla bağlı iddialı məqsədləri təqdim edilib və onların şəhər səviyyəsində həyata keçirilməsi yolları müzakirə edilib.

Dövlət orqanları, beynəlxalq təşkilatlar və Qazaxıstan şəhərlərinin nümayəndələri də daxil olmaqla iştirakçılar davamlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübə mübadiləsi aparıblar.

İstixana qazlarının emissiyalarının azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı milli məqsədlərə nail olunmasında şəhərlərin roluna xüsusi diqqət yetirilib.

Son xəbərlər
Bakı-Quba yolunda zəncirvari qəza ölümə səbəb olub
Rubio: Xəzər interkonnektorunu tamamlamaq ABŞ-nin marağındadır
Cevdet Yılmaz Ədalət Vəliyevi qəbul edib
Ermənistanın müdafiə naziri iranlı həmkarı ilə görüşüb
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi