http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri Azərbaycana gəlib

23 Yanvar 2023 , 09:47
Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri Azərbaycana gəlib

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də ölkəmizə rəsmi səfərə gəlmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Operativ Media"ya bildirilib ki, DSX Aparatında yüksək səviyyəli qonağın rəsmi qarşılanma mərasimi keçirilmişdir. General-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehri fəxri qarovul dəstəsinin önündən keçmiş, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazmışdır.

Geniş tərkibdə nümayəndə heyətləri arasında keçirilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bötüvlüyünün bərpa edilməsi, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilmişdir.

Müzakirələr zamanı hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunmuş, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyəsi, qeyri-leqal miqrasiya, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürləri ilə mübarizə sahəsində görülmüş işlərə dair fikir mübadiləsi aparılmış, quru və dəniz sərhədlərinin təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunmuşdur.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu