24 Noyabr 2024, 16:55
Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
Kanadanın Montreal şəhərində NATO Parlament Assambleyasının (PA) 70-ci illik sessiyası öz işinə başlayıb.
Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir şəkil
Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir

"Operativ Media" xəbər verir ki, noyabrın 22-dən 25-nə qədər keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.

Sessiyanın komitə iclasları çərçivəsində Ukraynadakı müharibə, Alyansın Vaşinqton Zirvə görüşündən irəli gələn nəticələr və qəbul olunan qərarlar, Alyansın müdafiəsinin gücləndirilməsi, NATO-nun tərəfdaşlıqlarının gələcəyi, eləcə də Qlobal Cənub və Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Qara dəniz regionu təhlükəsizliyi, Çindən irəli gələn təhdidlər, NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, iqlim dəyişikliyi, yüksək texnologiyaların və süni intellektin tətbiqi və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Tədbirdə Milli Məclisin nümayəndə heyəti və Azərbaycanın NATO yanında nümayəndəliyinin üzvləri iştirak edirlər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin NATO PA-nın Baş katibi Ruxandra Popa və Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlüd Çavuşoğlu ilə də görüş keçirib.

Son xəbərlər
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI