"Sabah" yeni baş məşqçisini açıqladı - RƏSMİ

Əziz Əzizli
"Sabah" yeni baş məşqçisini açıqladı - RƏSMİ
“Sabah” FK-da yeni baş məşqçi təyinatı gerçəkləşib. Rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020). 

Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).

Digər xəbərlər