25 Noyabr 2024, 17:31
Frank De Bleker 14-cü turdakı mübahisəli epizodları şərh edib
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının XIV turundakı oyunlarda mübahisəli epizodları şərhi edib.
Frank De Bleker 14-cü turdakı mübahisəli epizodları şərh edib şəkil
Frank De Bleker 14-cü turdakı mübahisəli epizodları şərh edib

"Operativ Media" xəbər verir ki, De Bleker mübahisəli epizodlarda verilən qərarların düzgün olduğunu bildirib.

“Kəpəz” – “Araz-Naxçıvan”

Oyundankənar vəziyyət səbəbindən ləğv edilən qollar: 8 və 75-ci dəqiqələrdə iki qol ləğv edildi. Hər iki qərar düzgün idi və VAR tərəfindən təsdiqləndi.

“Səbail” – “Qarabağ”

Penalti epizodu: 90+3-cü dəqiqədə hakim penalti verməmək qərarına gəldi. Çünki “Səbail”in 36 nömrəli futbolçusunun (Azad Əsgərov) “Qarabağ”ın 7 nömrəli oyunçusu (Yassin Benzia) ilə mümkün təması çox zəif idi və hücumçu asanlıqla yıxıldı. VAR bu vəziyyəti yoxladı və hakimin qərarını təsdiqlədi.

“Neftçi” – “Zirə”

Hesaba alınan qol: 68-ci dəqiqədə “Neftçi”nin qolu təsdiq edildi, çünki hücüm zamanı top meydanı tərk etməmişdi. VAR bu vəziyyəti yoxladı və qolu təsdiqlədi.

“Turan Tovuz” – “Sabah

Matçda mübahisəli epizod yoxdur.

“Sumqayıt” – “Şamaxı”

Penalti epizodu: 74-cü dəqiqədə künc zərbəsindən sonra cərimə meydanında əllə oyuna görə VAR müdaxilə etdi. Top “Şamaxı”nın 8 nömrəli oyunçusunun (İlkin Muradov) əlinə dəydi. Oyunçunun əli qeyri-təbii vəziyyətdə, çiyin üzərində və bədəndən aralı idi. VAR müdaxiləsi və hakimin penalti vermək qərarı doğrudur.

Son xəbərlər
BƏƏ-li nazir: Azərbaycan Cənubi Qafqazdakı əsas tərəfdaşımızdır
Ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşüb
MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb