Tehranda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf arasında görüş keçirilib.
"Operativ Media" xəbər verir ki, görüşdə Volodin Dövlət Duması ilə İran İslam Şurası Assambleyası arasında əməkdaşlıq komissiyasının fəaliyyətinin iki ölkənin parlamentarilərinə nəinki bir-birini daha yaxşı başa düşməyə, həm də yekun nəticəyə doğru iş qurmağa imkan verəcəyinə əmin olduğunu bildirib.
İran parlamentinin sədri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.