23 Yanvar 2023, 14:16
Əli Əsədov Məhəmməd bin Abdullah Həmdan Al-Şəhri ilə görüşüb.
Əli Əsədov Məhəmməd bin Abdullah Həmdan Al-Şəhri ilə görüşüb. şəkil
Əli Əsədov Məhəmməd bin Abdullah Həmdan Al-Şəhri ilə görüşüb.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də Səudiyyə Ərəbistanı Krallığı Daxili İşlər Nazirliyinin Sərhəd Mühafizəsinin Baş direktoru Məhəmməd bin Abdullah Həmdan Al-Şəhri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Ötən ilin sonunda Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclasının və Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunun əhəmiyyəti qeyd edildi.

Ölkəmizdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verildi.

Görüşdə, həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanının sərhəd qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olundu.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev görüşdə iştirak edib.

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib