26 Noyabr 2024, 23:10
"Qarabağ" əlcəzairli hücumçu ilə maraqlanır
Belçikanın "La Luvier" klubunda çıxış edən Mohamed Belkeyr karyerasını Azərbaycanda davam etdirə bilər.
"Qarabağ" əlcəzairli hücumçu ilə maraqlanır şəkil
"Qarabağ" əlcəzairli hücumçu ilə maraqlanır

"Operativ Media" xəbər verir ki, "Qarabağ" əlcəzairli hücumçunu transfer etmək istəyir. Bu barədə "sportitalia.it" saytının jurnalisti Lorentso Lepore xəbər yazıb.

25 yaşlı forvardla Azərbaycan çempionu ilə yanaşı, Türkiyədən "Sivasspor" və "Antalayaspor", Belçikadan isə "Sent Truiden" maraqlanır.

Qeyd edək ki, Mohamed Belkeyr İtaliyanın "Verona" klubunun yetirməsidir. O, 2016-2018-ci illərdə "İnter"in U-19 komandasında çıxış edib.

Əlcəzair U-23 millisinin üzvü müqavilə ilə Niderlandın "Fortuna Sittard" klubuna məxsusdur. Belkeyr bu ilin yayında icarə əsasında "La Luvier"ə keçib. Futbolçu hazırda davam edən mövsümdə Belçika II Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər
Taksi fəaliyyəti üçün şəhadətnamə necə alınır? - İZAH
Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
15 İyul 2025, 10:56
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb
Rusiya Zəngəzur dəhlizi söhbətlərinə reaksiya verib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Azərbaycan XİN Türkiyəni təbrik edib