Menyu

Yassin Benzia: Bizim üçün "Qarabağ" sözünün mənası xüsusi əhəmiyyət daşıyır

Əziz Əzizli
Yassin Benzia: Bizim üçün "Qarabağ" sözünün mənası xüsusi əhəmiyyət daşıyır

"Operativ Media" xəbər verir ki, matçdan öncə Ağdam təmsilçisinin futbolçusu Yassin Benzia mətbuat konfransında iştirak edib.

- Əvvəl oynadığınız "Lion"la indiki arasında hansı fərqlər var? Sizcə, hansı komanda daha güclüdür?

- Çox böyük fərq var. Klub prezidentləri də dəyişib. Mən oynadığım zaman yüksək performans göstərirdik. Ancaq indiki "Lion" da çox yüksək səviyyəli komandadır.

- "Qarabağ"da oynamaq sizə hansı üstünlüklər verib?

- Bizim üçün "Qarabağ" sözünün mənası xüsusi əhəmiyyət daşıyır. Bu klubun formasını geyinmək, şərəfini qorumağa çalışırıq.

- Xüsusi deyəndə, nəyi nəzərdə tutursuz? Burada gördüyünüz yeniliklər haqda nə deyə bilərsiz?

- Biz hansısa kəşfiyyat məlumatları ilə məşğul deyilik. Baş məşqçimiz çox güclüdür. Mən xüsusi deyəndə müharibəyə görə "Qarabağ"ın Bakıda yerləşməsini nəzərdə tuturam. 

- "Lion"a qarşı oynayacaqsız. Necə hissdir? 

- Ən yaxşı şəkildə hazırlaşmışıq. "Qarabağ"ın adı xüsusi mahiyyət daşıyır deyə, sona qədər mübarizə aparacağıq. "Lion"u tərk etdikdən sonra sabiq komandama qarşı 3-4 dəfə çıxış etmişəm

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər