XİN: Polşa Prezidentinin Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri Aİ-yə üzv ölkələrin anti-Azərbaycan siyasətinin növbəti nümayişidir
Nərmin Qocamanlı
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin yaydığı bəyanatda deyilir.
"Rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşı olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan yolverilməz diplomatik “binokl şousu”na qatılmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Azərbaycan rəsmilərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə çoxsaylı mesajlar göndərməsinə baxmayaraq, Polşa tərəfi bu təxribat xarakterli addımdan çəkinməyib.
Azərbaycan bu qeyri-dost hərəkətə qarşı lazımi diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır", - məlumatda qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma