27 Noyabr 2024, 19:11
Zaxarova: Moskva İrəvandan cavab gözləyir
"Moskva Qafandakı baş konsulun ekzekvaturası ilə bağlı İrəvandan cavab gözləyir. bu prosedur diplomatik qurumun açılması üçün lazımdır".
Zaxarova: Moskva İrəvandan cavab gözləyir şəkil
Zaxarova: Moskva İrəvandan cavab gözləyir

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

"Ermənistan tərəfi əvvəllər Rusiya Baş Konsulluğunun açılmasına prinsipial razılıq verib, daha sonra Rusiya tərəfi baş konsul üçün ekzekvatur (baş konsulun ev sahibi tərəfindən tanınması) istəyib. Moskva indi cavab gözləyir", - deyə Zaxarova qeyd edib. 

Ermənistan tərəfinin hələ də müvafiq materialları niyə göndərməməsinə gəlincə, Zaxarova sualı İrəvana ünvanlamağa çağırıb.

Rusiyanın Zəngəzurda baş konsulluğunun açılması məsələsi son iki ildə nəzərdən keçirilir. 2023-cü ilin sentyabrından Rusiya diplomatik missiyasının açılmasına cavabdeh olan qabaqcıl qrup Qafanda yerləşdirilib.

Son xəbərlər
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib
Azərbaycan və Türkiyə Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib
Sabah hava necə olacaq?
“Araz-2025” birgə təlimi uğurla başa çatıb - VİDEO
22 May 2025, 12:22
Bakı metropolitenində pik saatlarda interval azaldılıb
Darvin Nunes İspaniya klubunda oynamaq istəyir
İsrail səfiri: Azərbaycan yəhudi icmasının müdafiəsinə sadiqdir
İrəvan qazısının fəaliyyəti bərpa olunub, yeni qazı təyin olunub