28 Noyabr 2024, 13:45
Azərbaycanda 2500 uşaq şəkərli diabetdən əziyyət çəkir
Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb.
Azərbaycanda 2500 uşaq şəkərli diabetdən əziyyət çəkir şəkil
Azərbaycanda 2500 uşaq şəkərli diabetdən əziyyət çəkir

"Operatib Media" xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova məlumat verib.

O qeyd edib ki, ümumi ölkə üzrə 2500 uşaq şəkərli diabetdən əziyyət çəkir: “Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub”.

Mərkəz direktoru bu ay qeyd olunan Beynəlxalq Diabetlə Mübarizə Gününün həmin xəstəlikdən əziyyət çəkənlər üçün vacib olduğunu açıqlayıb: “Çünki insanlar şəkərli diabetin təsirləri barədə ətraflı maariflənirlər, vaxtında diaqnoz qoyulması və fəsadlarının aradan qaldırılması istiqamətində görülən müalicələr barədə öyrənirlər”.

Qeyd edək ki, Beynəlxalq Diabetlə Mübarizə Günü hər il noyabrın 14-də qeyd edilir.

Son xəbərlər
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək