Menyu

Xankəndidə ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib

Nərmin Qocamanlı
Xankəndidə ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib

"Operativ Media" xəbər verir ki, Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. Belə ki, nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Xankəndi şəhərində ikigünlük oftalmoloji tibbi müayinələr keçirilir.

İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Tibbi aksiyanın ilk günündə 100-dən artıq sakin oftalmoloji müayinədən keçib.

Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 200-ə yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Teqlər:

"Xank\u0259ndid\u0259 ikig\u00fcnl\u00fck oftalmoloji s\u0259yyar m\u00fcayin\u0259l\u0259r t\u0259\u015fkil edilib"

Əlaqəli Xəbərlər