28 Noyabr 2024, 18:49
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırıb
“2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdik”.
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırıb şəkil
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırıb

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə bildirib.

İ.Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur, necə ki, əvvəllər eyni şey namizədlik statusu məsələsində baş vermişdi.

Baş nazir, həmçinin Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməsinə görə tənqid edib.

Qeyd edək ki, Avropa Parlamenti bu gün Gürcüstanla bağlı qətnamə qəbul edib. Bildirilib ki, qətnamə 444 "lehinə", 72 "əleyhinə" və 82 "bitərəf" səslə qəbul edilib.

Avropa Parlamenti Gürcüstanda keçirilən parlament seçkilərini tənqid edərək təkrar səsvermənin keçirilməsinə çağırıb.

Bundan başqa, Avropa Parlamenti demokratiya standartlarına əməl olunmayacağı təqdirdə Avropa İttifaqını Gürcüstan vətəndaşları üçün vizasız rejimi yenidən nəzərdən keçirməyə çağırıb.

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq