Menyu

Türkiyə parlamentində Azərbaycan Milli Məclisinin ildönümü ilə bağlı tədbirlərin təşkili müzakirə olunub

Əsəd Abbaslı
Türkiyə parlamentində Azərbaycan Milli Məclisinin ildönümü ilə bağlı tədbirlərin təşkili müzakirə olunub

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O qeyd edib ki, parlamentdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovu qəbul edib.

“Dost və qardaş Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov ilə görüşdük. Azərbaycan Milli Məclisinin yaradılmasının 106-cı ildönümü ilə bağlı görülən işləri müzakirə etdik”, - o yazıb.

Əlaqəli Xəbərlər