30 Noyabr 2024, 22:18
Heydər Əliyev Fondu ilə Səudiyyə Ərəbistanı arasında layihələr müzakirə olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ər-Riyadda Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.
Heydər Əliyev Fondu ilə Səudiyyə Ərəbistanı arasında layihələr müzakirə olunub şəkil
Heydər Əliyev Fondu ilə Səudiyyə Ərəbistanı arasında layihələr müzakirə olunub

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Kral Salman Mərkəzi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın inkişafı, eləcə də gələcək birgə layihələr istiqamətində müzakirələr aparılıb.

Abdullah Ər-Rabiə, eyni zamanda, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri şahzadə Məhəmməd bin Salman Al Səudun salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb