İran xarici işlər naziri Dəməşqə səfər edib - YENİLƏNİB
Əsəd Abbaslı
"Operativ Media"nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, Abbas Araqçinin olduğu təyyarə Dəməşq Beynəlxalq Hava Limanına enib.
Suriyada yüksək vəzifəli şəxslərlə görüşəcək və ölkədə baş verən son proseslər fonunda Tehranın dəstəyini çatdıracaq İran XİN başçısı sabah Ankaraya səfər edərək türkiyəli həmkarı Hakan Fidanla bir araya gələcək.
19:32
İran xarici işlər naziri Abbas Araqçi Dəməşqə gedir.
"Operativ Media" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Abbas Araqçi İranın mesajını çatdırmaq üçün Suriyaya səfərə getdiyini bildirib.
Qeyd edib ki, Tehran qətiyyətlə Suriya hökuməti və Ordusunu dəstəkləyəcək.
Qeyd edək ki, Heyət Təhrir əş-Şam qruplaşmasının öncüllük etdiyi müxaliflər iki gün ərzində Hələb şəhərini ələ keçirib, İdlib vilayətində tam nəzarəti təmin edib.
Teqlər:
"\u0130ran xarici i\u015fl\u0259r naziri D\u0259m\u0259\u015fq\u0259 s\u0259f\u0259r edib - YEN\u0130L\u018fN\u0130B"