Menyu

Kobaxidze: ABŞ-ın Gürcüstanla bağlı qərarı müvəqqəti xarakter daşıyır

Əsəd Abbaslı
Kobaxidze: ABŞ-ın Gürcüstanla bağlı qərarı müvəqqəti xarakter daşıyır

"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Gürcüstan ilə strateji tərəfdaşlığı dayandırması ilə bağlı qərarını şərh edərkən söyləyib. Onun sözlərinə görə, ABŞ-ın hazırkı administrasiya D.Tramp admnistrasına mümkün qədər ağır miras qoymağa çalışır.

İ.Kobaxidze deyib: “Ağ evin hazırkı administrasiyası yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır. Onlar bu addımı əvvəlcə Ukrayna ilə əlaqədar atdılar, indi isə Gürcüstanla əlaqəli edirlər. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və hər şey haqqında yeni administrasiya ilə danışacağıq. Ağ evin bu addımı prezident Salome Zurabişvilinin hakimiyyəti kimi müvəqqəti hadisədir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” sosial şəbəkəsində ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərar qəbul etdiyini bildirib. Bir qədər sonra isə ABŞ Dövlət Departamenti bu qərarla bağlı ətraflı bəyanat yayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər