02 Dekabr 2024, 21:18
Şəkidə bir ailənin 4 üzvü qazdan zəhərlənib
Şəki rayonunun Kiş kəndində yaşayan Abdullayevlər ailəsinin dörd üzvü xəstəxanaya yerləşdirilib.
Şəkidə bir ailənin 4 üzvü qazdan zəhərlənib şəkil
Şəkidə bir ailənin 4 üzvü qazdan zəhərlənib

"Operativ Media" xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən Kiş kənd sakinləri 30 yaşlı Taryel Abdullayev, həyat yoldaşı 31 yaşlı Billur Abdullayeva, eləcə də övladları 5 yaşlı Fərid və 1 yaşlı Məhəmməd dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Ailə üzvlərinə xəstəxananın Təcili tibbi yardım şöbəsində ilkin tibbi yardım göstərilib. Onlar daha sonra palataya köçürülüblər.

Həkimlər ailə üzvlərinin vəziyyətlərinin sabitləşdiyini, həyatı təhlükənin sovuşduğunu bildirib. Abdullayevlərin müalicəsi xəstəxanada davam etdirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər
Zelenski Avropa ölkələrinə müraciət edib
UEFA AL: "Qarabağ" FCSB-yə məğlub oldu
HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək
Türkiyədə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
NATO-nun müdafiə nazirləri Brüsseldə görüşəcək
Elnur Məmmədov Pakistan XİN rəhbəri ilə görüşüb
Tramp Putinlə görüşmək istəyini bəyan edib
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb