03 Dekabr 2024, 11:24
Azərbaycandan tranzit keçən yükdə narkotik vasitə aşkar edilib
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “alma” yükü aparan daha bir nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib.
Azərbaycandan tranzit keçən yükdə narkotik vasitə aşkar edilib şəkil
Azərbaycandan tranzit keçən yükdə narkotik vasitə aşkar edilib

"Operativ Media" Komitəyə istinadən xəbər verir ki, idarənin “Cənub-Astara” gömrük postunun idxal nəzarət xəttinə daxil olan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib.

Nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlamaya cəlb edilib.

Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən iki paletdəki 35 yeşikdən alma yükünün altında gömrük nəzarətindən gizlədilən, falqaya bükülmüş dördbucaqlı formalı, xalis çəkisi 36 kq 20 qr olan narkotik vasitə - marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Zelenski Avropa ölkələrinə müraciət edib
UEFA AL: "Qarabağ" FCSB-yə məğlub oldu
HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək
Türkiyədə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
NATO-nun müdafiə nazirləri Brüsseldə görüşəcək
Elnur Məmmədov Pakistan XİN rəhbəri ilə görüşüb
Tramp Putinlə görüşmək istəyini bəyan edib
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb