03 Dekabr 2024, 14:28
AFFA Premyer Liqa klublarını cərimələdi
AFFA İntizam Komitəsi Misli Premyer Liqasında 15-ci turunda keçirilən oyunlarda yaşananlarla bağlı qərarlarını açıqlayıb.
AFFA Premyer Liqa klublarını cərimələdi şəkil
AFFA Premyer Liqa klublarını cərimələdi

"Operativ Media"nın məlumatına görə, komitə “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində qonaqların azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə, tovuzlulara xəbərdarlıq edilib.

“Şamaxı” ilə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Kəpəz”, “Zirə” ilə matçda 5 oyunçusu sarı vərəqə alan “Sumqayıt” hərəyə 700 manat cərimələnib.

“Qarabağ”la qarşılaşmada azarkeşləri tərəfindən meydançaya kənar əşya atılması “Neftçi”nin 800 manat cərimələnməsinə səbəb olub. Həmçinin “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığından, bakılılar 500 manat ziyana düşüb. Bundan başqa, “Neftçi” meydançaya gec çıxdığı üçün oyun vaxtında başlamayıb ki, buna görə, “ağ-qaralar” daha 1500 manat cərimə ödəməli olacaq.

“Qarabağ” 1500 manatlıq cəriməni azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsi səbəbindən ödəyəcək. “Qarabağ”ın da fanatlarə tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər və bu hal cari mövsümdə ilk dəfə yaşandığından, kluba xəbərdarlıq olunub.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb