Hollandiya minaaxtaran gəmiləri idarə etmək üçün 35 ukraynalıya təlim keçib

Əsəd Abbaslı
Hollandiya minaaxtaran gəmiləri idarə etmək üçün 35 ukraynalıya təlim keçib
Ukraynalı ekipaj Hollandiyanın “Makkum” minaaxtaran gəmisinin göyərtəsində təlim keçib.

"Operativ Media" xəbər verir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.

Təlimdə ümumilikdə 35 nəfər iştirak edib.

"Ekipaj hazırlığı iki aydan çox davam etdi və indi başa çatıb", - Müdafiə Nazirliyi qeyd edib.

Departament vurğulayır ki, bu iki minaaxtaran Belçika və Britaniya gəmiləri ilə birlikdə gələcəkdə Ukraynanın dəniz minalarından müdafiəsinin əsasını təşkil etməlidir.

Digər xəbərlər