Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə İƏİT arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Birgə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin nəticələri nəzərdən keçirilib.
Azərbaycan və İƏİT arasında əməkdaşlığın qarşılıqlı maraq doğuran istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.






