05 Dekabr 2024, 19:38
XİN: İkitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub
Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıblar. Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş Əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub.
XİN: İkitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub şəkil
XİN: İkitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışında bildirib.

"Bu nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir.

Əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır. Onun yekunlaşdırılması Ermənistanın hələ də konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır.

Sülh və mehriban qonşuluq münasibətləri, Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz".

Son xəbərlər
AAYDA: Qaraçay çayı üzərində yeni körpünün inşasına start verilib
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb