05 Dekabr 2024, 21:58
Türkiyə Azərbaycan-Ermənistan danışıqlarında müsbət irəliləyişlərin sülh sazişi ilə nəticələnəcəyini gözləyir
Türkiyə Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülh sazişi ilə nəticələnəcəyini gözləyir və arzu edir.

"Operativ Media" bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının baş tutan iclasının nəticələrinə dair yayılan bəyanatda deyilir.
Bildirilib ki, təsis ediləcək daimi sülh regionun bütün aktorlarının marağında olacaq.
Qeyd edək ki, iclas Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.