11 Oktyabr 2022, 19:50
Zaxarova Qırğızıstanın KTMT təlimlərindən imtina etməsinə münasibət bildirib
Zaxarova Qırğızıstanın KTMT təlimlərindən imtina etməsinə münasibət bildirib şəkil
Zaxarova Qırğızıstanın KTMT təlimlərindən imtina etməsinə münasibət bildirib

Qırğızıstan Mərkəzi Asiya regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rolunu gücləndirilməsinin tərəfdarıdır.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oktyabrın 11-də keçirdiyi brifinqdə news.ru müxbirinin Qırğızıstanın KTMT təlimlərindən imtina etməsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Oktyabrın 3-5-də KTMT-nin baş katibi Stanislav Zas Bişkekdə uğurlu təmaslar, o cümlədən Qırğızıstan Prezidenti Sadır Japarov ilə danışıqlar aparıb, bu danışıqların nəticələri Mərkəzi Asiya regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsində KTMT-nin rolunun gücləndirilməsinə ümumi diqqətin olduğunu göstərir”, - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Qırğızıstan Rusiyanın MDB-də mühüm tərəfdaşıdır və gələn ildən bu ölkə təşkilata sədrlik edəcək. Bişkek MDB-nin nizamnamə orqanlarının işində yüksək səviyyədə iştirak edir.

"Oktyabrın 12-də Qazaxıstanda keçiriləcək MDB sammitində Qırğızıstan Prezidentinin və xarici işlər nazirinin iştirakı da planlaşdırılır", - o əlavə edib.

Son xəbərlər
Məsud Pezeşkian Azərbaycan səfəri öncəsi AzTV-yə müsahibə verib
Bakıda külək attraksionu aşırıb
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı