Menyu

"İnter Mayami" De Brün ilə danışıqlar aparacaq

Əziz Əzizli
"İnter Mayami" De Brün ilə danışıqlar aparacaq
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə insayder Ceremi Kross sosial şəbəkələrdə məlumat yayıb.

De Brün və "Mançester Siti" bu mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləni uzatmaq istəmir. “İnter Mayami” 33 yaşlı belçikalı futbolçu ilə danışıqlara artıq yanvarda başlaya biləcək.

De Brünün xidmətində "Barselona" da maraqlıdır.

Cari mövsümdə De Brün 11 matçda iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

"Transfermarkt" onun transfer dəyərini 45 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər