Muxtar Babayev GEF-in baş direktoru ilə COP29-un nəticələrini müzakirə edib
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qlobal Ekoloji Fondun (GEF) baş direktoru Karlos Manuel Rodriges ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilən tarixi nəticələri müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, görüş Ər-Riyadda COP16 çərçivəsində keçirilib. Tərəflər, həmçinin iqlim maliyyələşdirilməsi, əməkdaşlığın gücləndirilməsi və torpaqların bərpası üzrə qlobal fəaliyyətlərin stimullaşdırılması və quraqlığa davamlılığın artırılması məsələlərini müzakirə ediblər.
Teqlər:
"Muxtar Babayev GEF-in ba\u015f direktoru il\u0259 COP29-un n\u0259tic\u0259l\u0259rini m\u00fczakir\u0259 edib"