Menyu

Cəfər Hüseynzadə slovakiyalı həmkarı ilə Bratislavanın əlaqələndirici səfirlik rolunu müzakirə edib

Əsəd Abbaslı
Cəfər Hüseynzadə slovakiyalı həmkarı ilə Bratislavanın əlaqələndirici səfirlik rolunu müzakirə edib
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın alyansdakı nümayəndəsi sosial şəbəkədə yazıb.

C.Hüseynzadə görüşə isveçli həmkarının da qatıldığını bildirib: “Slovakiyanın NATO-dakı daimi nümayəndəsi səfir Marek Varqa ilə Slovakiyanın Azərbaycan üçün NATO-nun əlaqələndirici səfirliyi rolunu müzakirə etmək üçün İsveçin NATO-dakı daimi nümayəndəsi ilə birlikdə görüşməkdən məmnun oldum”.

“Biz Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun başçılıq etdiyi sülhməramlı əməliyyatlara töhfəsi, enerji təhlükəsizliyinə dəstəyi, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un uğurlu nəticəsi, regional normallaşma prosesinin hazırkı vəziyyəti, həmçinin Azərbaycan – NATO tərəfdaşlığı çərçivəsində əlaqələndirici səfirliyin rolu barədə səmərəli müzakirə apardıq”, – o qeyd edib.

Əlaqəli Xəbərlər