07 Dekabr 2024, 15:00
TBMM komitə sədri: Xankəndidə layihələr həyata keçirmişik
Qarabağın inkişafı prosesində Azərbaycanla bir yerdəyik.
TBMM komitə sədri: Xankəndidə layihələr həyata keçirmişik şəkil
TBMM komitə sədri: Xankəndidə layihələr həyata keçirmişik

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

“Qarabağda ilk günlərdən hava limanlarının, yolların tikintisində, şəhərlərin yenidən inşasında Azərbaycanın sonuna qədər yanındayıq, özəl sektorumuzu da bu işə cəlb olunub. İndi də yenə taxılçılıq, səhiyyə sahəsində əməkdaşlıqlar davam edir. Antiterror əməliyyatından sonra özəl sektorumuz Xankəndi başda olmaqla bölgədə digər şəhərlərdə layihələr həyata keçirib. Bundan sonra lazım olarsa, infrastruktur sahəsində və digər layihələr həyata keçirəcəyik. Sadəcə Qarabağda deyil, bütün Azərbaycanda layihələrimiz var. Orta Dəhlizdə çox mühüm iki ölkəyik, layihələrimiz davam edəcək”, - deyə Fuat Oktay bildirib.

Son xəbərlər
Ötən həftə 156 yanğına çıxış olub
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb