09 Dekabr 2024, 14:39
Azərbaycan XİN rəhbərinin müavini Qətərə səfər edib
7-8 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Qətər Dövlətində səfərdə olub.
Azərbaycan XİN rəhbərinin müavini Qətərə səfər edib şəkil
Azərbaycan XİN rəhbərinin müavini Qətərə səfər edib

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, 7-8 dekabr tarixində nazir müavini Qətərdə keçirilən 22-ci Beynəlxalq Doha Forumunda iştirak edib.

Forum dünyamızın üzləşdiyi mühüm problemləri müzakirə etmək üçün qlobal dialoq platformasıdır.

Forum çərçivəsində F.Rzayev “Mərkəzi Asiya və Qlobal enerji təhlükəsizliyinin yeni erasi” adlı panel sessiyasında iştirak edib. “Azərbaycanın xarici siyasəti” mövzusunda çıxış edən F.Rzayev ölkəmizin təşəbbüskarı olduğu enerji və nəqliyyat layihələri və onların regionun inkişafı və təhlükəsizliyinə verdiyi töhvələr, ölkəmizin yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlərdən danışıb.

Eyni zamanda, səfər çərçivəsində F.Rzayevin iştirakı ilə Qətər Universiteti nəzdindəki Körfəz Araşdırmalar Mərkəzində “Azərbaycanın xarici siyasəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə F.Rzayev ölkəmizin yürütdüyü xarici siyasət kursu, regionda baş verən cari proseslər, Azərbaycanın BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi və COP29 çərçivəsində qəbul edilmiş qərarlara dair ünvanlanmış sualları cavablandırıb.

Son xəbərlər
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək