Hakan Fidan Antoni Blinkenlə Suriyadakı son hadisələri müzakirə edib
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, diplomatlar Suriyadakı son hadisələri müzakirə ediblər.
H. Fidan həmkarı Blinkenə Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin əhəmiyyətini vurğulayaraq, Türkiyənin terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə əsla icazə verməyəcəyini bildirib.
İllərdir diqqətdən kənarda qalan infrastrukturun yenidən qurulmasında beynəlxalq ictimaiyyətin Suriya xalqına dəstək verməsinin vacib olduğunu qeyd edən Fidan bildirib ki, bu ölkəyə humanitar yardımların fasiləsiz çatdırılması üçün səylər göstərilməlidir.
Teqlər:
"Hakan Fidan Antoni Blinkenl\u0259 Suriyadak\u0131 son hadis\u0259l\u0259ri m\u00fczakir\u0259 edib"