“Kraken” variantı Gürcüstanda geniş yayıla bilər

Nərmin Qocamanlı
“Kraken” variantı Gürcüstanda geniş yayıla bilər

Koronavirusun Omikron ştamının alt növü olan “Kraken” variantı Gürcüstanda geniş yayıla bilər.

"Operativ Media" Gürcüstan KİV-ə istinadən  xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko bildirib.

""Kraken” Gürcüstanda geniş yayıla bilər, lakin bu, əhali üçün böyük təhlükə yaratmır. Gənclər əsasən asimptomatik olaraq buna dözəcəklər",- deyə o, bildirib.

Onişenko virusdan qorunmaq üçün peyvənd vurdurmağın vacibliyini vurğulayıb.

Digər xəbərlər