Menyu

Quterreş: Afrika ölkələri tezliklə BMT TŞ-nin daimi üzvü olacaqlar

Əsəd Abbaslı
Quterreş: Afrika ölkələri tezliklə BMT TŞ-nin daimi üzvü olacaqlar

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş bildirib.

“Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına daxil olmasının qarşısındakı ən ciddi maneələr aradan qaldırılıb. Artıq Afrikanın iki ölkəsinin Təhlükəsizlik Şurasının daimi üzvü olacağı barədə konsensus əldə edilib. BMT Baş Katibi olaraq Afrika ölkələrini Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq görmədən mandatımı bitirməyəcəyimə əminəm”, - o deyib.

Quterreş əlavə edib ki, qlobal Cənubun BMT-nin işinə təsiri indi həlledicidir.

“Qlobal Cənub ölkələri dünya birliyinin əksəriyyətini təmsil edir. Onlar BMT-nin işinə ən həlledici təsiri göstərirlər”, - BMT Baş katibi bildirib.

Teqlər:

"Quterre\u015f: Afrika \u00f6lk\u0259l\u0259ri tezlikl\u0259 BMT T\u015e-nin daimi \u00fczv\u00fc olacaqlar"

Əlaqəli Xəbərlər