13 Dekabr 2024, 06:37
ABŞ Gürcüstanda bir sıra məmurlara qarşı viza məhdudiyyəti tətbiq edir
ABŞ Gürcüstanda yüksək çinli məmurlar və qanunverici orqanın nümayəndələri də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduqları üçün viza məhdudiyyəti qoyur, həmçinin əlavə sanksiyalar hazırlayır.
ABŞ Gürcüstanda bir sıra məmurlara qarşı viza məhdudiyyəti tətbiq edir şəkil
ABŞ Gürcüstanda bir sıra məmurlara qarşı viza məhdudiyyəti tətbiq edir

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yaydığı yazılı açıqlamada deyilir.

“Dövlət Departamenti bu gün Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən, o cümlədən hökumətdə nazir vəzifələrində çalışanlar, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının məsul şəxsləri, fiziki şəxslər daxil olmaqla bir qrup şəxsə viza verilməsinə qadağa qoyan viza məhdudiyyətləri siyasətinin bir hissəsi kimi əlavə tədbirləri elan edir”, - sənəddə qeyd edilir.

Bu şəxslərin adları və vəzifəsi ilə bağlı hələ ki, məlumat verilmir.

Bəyanatda deyilir ki, ABŞ sanksiyalar da daxil olmaqla əlavə tədbirlər hazırlayır.

Departament onu da bildirib ki, ABŞ tərəfi əvvəllər 100-dən çox insanı əhatə edən məhdudiyyətlər tətbiq edib.

Bunlar “Gürcü Arzusu” partiyası ilə əlaqəli insanlar, eləcə də onların ailə üzvləridir.

Son xəbərlər
Zelenski Avropa ölkələrinə müraciət edib
UEFA AL: "Qarabağ" FCSB-yə məğlub oldu
HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək
Türkiyədə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
NATO-nun müdafiə nazirləri Brüsseldə görüşəcək
Elnur Məmmədov Pakistan XİN rəhbəri ilə görüşüb
Tramp Putinlə görüşmək istəyini bəyan edib
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb