13 Dekabr 2024, 12:44
Diplomatik xidmətin prinsipləri müəyyənləşir
Diplomatik xidmətin prinsipləri müəyyənləşir.
Diplomatik xidmətin prinsipləri müəyyənləşir şəkil
Diplomatik xidmətin prinsipləri müəyyənləşir

"Operativ Media"nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət aşağıdakı prinsiplərə əsaslanacaq:

- Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət;

- Azərbaycan Respublikasının milli maraqlarının qorunması;

- qanunçuluq;

- diplomatik xidmətə qəbulun ədalətliliyi və şəffaflığı;

- peşəkarlıq, fərdi məsuliyyət və qərəzsizlik;

- vətəndaşların öz qabiliyyətinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq, diplomatik xidmət orqanlarında hər hansı vəzifəni tutmaqda hüquq bərabərliyi;

- qanunla müəyyən edilmiş hallar istisna olmaqla, diplomatik xidmət orqanı əməkdaşlarının qanuni fəaliyyətinə məhdudiyyət qoyulmasının, təsir və müdaxilə edilməsinin yolverilməzliyi;

- həmkarlar ittifaqı istisna olmaqla, diplomatik xidmət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturlarının yaradılmaması;

- irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq mövqeyindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya ictimai birliklərə mənsubiyyətindən, habelə xidməti fəaliyyətinə aid olmayan başqa səbəblərdən asılı olmayaraq diplomatik xidmət orqanı əməkdaşlarının hüquq bərabərliyi;

- diplomatik xidmət orqanı əməkdaşlarının potensialından səmərəli istifadə və onların rotasiyası;

- diplomatik xidmət orqanı əməkdaşlarının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün layiqli həyat səviyyəsinin təmin edilməsi;

- diplomatik xidmət orqanlarının və diplomatik xidmət orqanı əməkdaşlarının fəaliyyətinə nəzarət edilməsi və onların hesabat verməsi.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib