13 Dekabr 2024, 13:34
Azərbaycan nümayəndə heyəti Həştərxan şəhər administrasiyasında olub
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətinə səfəri çərçivəsində Həştərxan şəhərinin meri İqor Redkin ilə görüşüb.
Azərbaycan nümayəndə heyəti Həştərxan şəhər administrasiyasında olub şəkil
Azərbaycan nümayəndə heyəti Həştərxan şəhər administrasiyasında olub

"Operativ Media" xəbər verir ki, görüşdə əlaqələrin inkişafı, təcrübə mübadiləsinin aparılması və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin inkişafına diqqətlə yanaşır. İqtisadi, ticarət, nəqliyyat sahələrindəki qarşılıqlı əməkdaşlıq regionların sosial-iqtisadi inkişafına təkan verir. Həştərxan Rusiyanın tarixi, gözəl və iqtisadi baxımdan inkişaf etmiş regionlarından biridir. Bu regionla əməkdaşlıq əlaqələri perspektivdə tərəflər üçün faydalı olacaq.

Diqqətə çatdırılıb ki, Həştərxan vilayəti ilə Abşeron rayonu arasında dostluq münasibətləri səmimi xarakter daşıyır və iqtisadi baxımdan səmərəlidir.

Söhbət zamanı tərəflərin dostluq əlaqələrini və qarşılıqlı əməkdaşlığı davam etdirmək əzmində olduqları vurğulanıb.

Görüşdə Milli Məclisin deputatları Rizvan Nəbiyev, Zaur Şükürov və Astarxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov iştirak ediblər.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib