Menyu

Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin iddialarına cavab verib

Nərmin Qocamanlı
Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin iddialarına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Aycan Hacızadə ABŞ Dövlət Departamentinin Laçın yolu ilə bağlı iddialarına cavab verib.

"Operativ Media" xəbər verir ki, bu bardə Ayxan Hacızadə tviter hesabında paylaşım edib.

"Hörmətli Dövlət Departamentinin sözçüsü, Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobil yanvarın 24-də dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşər", - o, qeyd edib.

Qeyd edək ki, Dövlət Departamentinin sözçüsü brifinqdə bildirib ki, Laçın dəhlizi ilə normal ticarət və şəxsi gediş-gəlişə davamlı olaraq "maneə" törədilməsi dəhlizdən asılı olan sakinlərin ərzaq, yanacaq və dərman çatışmazlığına səbəb olur.

Teqlər:

"Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin iddialarına cavab verib"

Əlaqəli Xəbərlər