http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Münhen şəhərinin Baş prokuroru Azərbaycana gəlib

25 Yanvar 2023 , 14:47
Münhen şəhərinin Baş prokuroru Azərbaycana gəlib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları səmimi salamlayan Baş prokuror ölkələrimiz arasında tarixi köklərə söykənən əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.

Kamran Əliyev dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, o cümlədən 2020-ci ilin iyun ayında təsdiq olunmuş yeni strukturda yer almış cinayət təqibindən kənar icraatlar və əmlakların bərpası üzrə fəaliyyət istiqamətləri barədə qonaqları məlumatlandırıb.

Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Reinhald Röttle ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnun olduğunu bildirib.  Qonaq rəhbərlik etdiyi Bavariya vilayətinin prokurorluq orqanları ilə ölkəmizin prokurorluq orqanları arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib.

Cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, terrorçuluq və dini ekstremizmə qarşı mübarizədə ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın zəruri olduğu vurğulanıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Beynəlxalq Prokurorlar Assosiasiyası və Avrocast çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Görüşdə Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir. Qonaqlar prokurorluğun fəaliyyəti, həmçinin ölkəmizin tarixi, milli-mədəni abidələri ilə tanış olacaqlar.

OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu