Əli Əsədov Qırğızıstanın yeni Baş nazirini təbrik edib
Bu barədə "Operativ Media" Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda Azərbaycanla Qırğızıstan arasında ümumi tarixi köklər və mənəvi dəyərlər üzərində qurulmuş ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq bildirilib.
Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının artan xətt üzrə səmərəli şəkildə inkişaf edəcəyinə, yeni məzmun və birgə layihələrlə zənginləşəcəyinə əminlik ifadə olunub.
Eyni zamanda iki ölkənin qardaş xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələr üzrə daha da inkişaf etdirilməsi üçün fəal işbirliynə hazırlıq ifadə olunub.
Teqlər:
"\u018fli \u018fs\u0259dov Q\u0131r\u011f\u0131z\u0131stan\u0131n yeni Ba\u015f nazirini t\u0259brik edib"