19 Dekabr 2024, 14:20
İcma ABŞ səfirliyinə cavab verib
Qərbi Azərbaycan İcması ABŞ-nin Azərbaycandakı səfirliyinin bəyanatını qınayıb.
İcma ABŞ səfirliyinə cavab verib şəkil
İcma ABŞ səfirliyinə cavab verib

ABŞ-nin Azərbaycandakı səfirliyinin ölkəmizin daxili işlərinə qarışan və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq. Azərbaycana qarşı şər kampaniyasını ölkəmizdə guya söz azadlığı sahəsində olan problemlərin olması ilə izah etməyə cəhd edən ABŞ səfirliyinin diqqətinə çatdırmaq istərdik ki, bu təzyiqlərin əsl səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.

Bəyanatda deyilir: “ABŞ-nin hazırkı administrasiyası azərbaycanlılara qarşı etnik və dini əsaslarla ayrı-seçkilik siyasəti aparmaqla, ölkələrin ərazi bütövlüyü və suverenliyinə selektiv yanaşmaqla, Ermənistanın deportasiya, etnik təmizləmə, təcavüz və işğal siyasətinə dəstək verməklə insan hüquqlarından danışmaq haqqını itirmişdir. Biz Qərbi Azərbaycan İcması olaraq bu ədalətsiz yanaşmanı, ayrı-seçkiliyi daim hiss edirik.

Bundan əlavə, ABŞ səfirliyinin özlərinə gəldikdə nəinki azacıq tənqidə, hətta adi suala belə aqressiv ritorika ilə cavab verməsi onların yeri gəldi-gəlmədi pafosla danışdıqları “söz azadlığı”na, “fikir müxtəlifliyi”nə olan namərdliyini göstərir.

Biz ABŞ-nin hazırkı administrasiyasından ölkəmizin daxili işlərinə müdaxiləsinə, xalqımıza qarşı ayrı-seçkiliyinə və insan hüquqlarından siyasi məqsədlər üçün sui-istifadəsinə son verməyi tələb edirik”.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb