19 Dekabr 2024, 15:40
Əli Əsədov: COP29-a sədrliyimiz Azərbaycanın artan nüfuzunun bariz göstəricisidir
Müasir toqquşmalar və siyasi gərginlik fonunda, geniş regionumuzda təhlükəsizliyin, sabitliyin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Əli Əsədov: COP29-a sədrliyimiz Azərbaycanın artan nüfuzunun bariz göstəricisidir şəkil
Əli Əsədov: COP29-a sədrliyimiz Azərbaycanın artan nüfuzunun bariz göstəricisidir

"Operativ Media" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.

Baş nazir bildirib ki, bu xüsusda, Azərbaycan geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu ilə özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiq edib: “Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rola malikdir”.

Əli Əsədov qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə öz töhfəsini verir: “Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyimiz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Fürsətdən istifadə edərək COP29-un işinə verdiyi mühüm töhfəyə görə D-8 üzvlərinə təşəkkürümüzü bildiririk”.

Son xəbərlər
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir
Aİ 28 rusiyalı hakim və prokurora qarşı sanksiya tətbiq edib
Tokayev Macarıstana səfərə gəlib
Prezident İlham Əliyevin Macarıstan səfəri: Yeni iqtisadi və diplomatik hədəflər - RƏY
308 tələbəyə “Adlı təqaüd” təqdim edilib
Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Şamaxıda 10 kq qızılı talayıb bataqlıqda gizlənən şəxslər tutulub
20 May 2025, 17:17