19 Dekabr 2024, 17:29
Azərbaycan və Pakistan XİN rəhbərləri arasında görüş olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Azərbaycan və Pakistan XİN rəhbərləri arasında görüş olub şəkil
Azərbaycan və Pakistan XİN rəhbərləri arasında görüş olub

"Operativ Media" xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Görüşdə iki qardaş ölkə Azərbaycan və Pakistan arasında tarixi və mədəni əlaqələrin önəmini vurğulayan tərəflər, ikitərəfli əməkdaşlığın inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər", - paylaşımda qeyd edilib.

"İki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, o cümlədən ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər sahələrdə daha da inkişafı ilə bağlı fikirlər mübadiləsi apardıq. Regionda təhlükəsizlik vəziyyəti də gündəmin əsas mövzularından biri oldu", - Ceyhun bayramov "X"dəki paylaşımında qeyd edib.

Son xəbərlər
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır
Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb
İran prezidenti: ABŞ-ylə razılaşmaya ciddi yanaşırıq