Menyu

Azərbaycanın D-8 təşkilatına üzvlüyü ölkəmizin artan siyasi çəkisini bir daha sübut edir - Politoloq

Azərbaycanın D-8 təşkilatına üzvlüyü ölkəmizin artan siyasi çəkisini bir daha sübut edir - Politoloq

Politoloq Tural İsmayılov "Operativ Media"ya bildirib ki, D-8 təşkilatı dünyanın yeni iqtisadi modellərindən biridir:

"D-8-in təmsil etdiyi ölkələrin sayı və gücü göz önündədir. Bu gün Azərbaycan, D-8 üzvü olan ölkələrin bir çoxu ilə ayrı-ayrılıqda çox yaxşı münasibətlərə malikdir. D-8 təşkilatının aparıcı müttəfiqi olan Türkiyə, Azərbaycanın da əsas müttəfiqidir. Pakistanla Azərbaycan arasında çox yaxşı və dərin dostluq əlaqələri mövcuddur. Eyni zamanda, D-8 üzvü olan digər ölkələrlə də iqtisadi və siyasi əməkdaşlığımızı dərinləşdirməyə davam edirik".

Politoloq D-8 təşkilatına üzvlüyün önəmindən danışıb:

"Ölkəmizin D-8 üzvü olan ölkələrlə həm ayrı-ayrılıqda, həm də ümumi şəkildə çox yaxşı münasibətləri mövcuddur. Bundan əlavə, D-8 təşkilatının özü ilə olan dərin əlaqələrimiz, mövqelərimizin daha da güclənməsinə və dünyanın aparıcı qlobal təşkilatlarında Azərbaycanın liderlik rolunun tanınmasına səbəb olur.

Bu gün ümumi ticarət dövriyyəsi milyardlarla dollarla ölçülən D-8 kimi bir platformanın Azərbaycanın üzvlüyünü böyük sevinclə qəbul etməsi, ölkəmizin artan siyasi çəkisini bir daha sübut edir. Bu eyni zamanda Azərbaycan və D-8 təşkilatı üçün mühüm iqtisadi və siyasi nəticələr doğuracaqdır".

Əlaqəli Xəbərlər