20 Dekabr 2024, 23:22
Hakan Fidan: Sülhün imzalanması üçün tarixi fürsət yaranıb
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb”.
Hakan Fidan: Sülhün imzalanması üçün tarixi fürsət yaranıb şəkil
Hakan Fidan: Sülhün imzalanması üçün tarixi fürsət yaranıb

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Annalena Berbokla görüşündə deyib.

O bildirib ki, üçüncü tərəflər ədalətli və tərəfsiz şəkildə bu prosesə dəstək verməlidirlər.

Nazirlər həmçinin, Suriya və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Fidan söyləyib ki, Qəzzada daimi atəşkəsin təmin olunması və humanitar yardımların çatdırılması üçün beynəlxalq ictimaiyyət ümumi səy göstərməlidir.

Onun sözlərinə görə, Türkiyə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin ən qısa zamanda başa çatması üçün danışıqlar prosesini dəstəkləyir.

Son xəbərlər
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır
Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb
İran prezidenti: ABŞ-ylə razılaşmaya ciddi yanaşırıq
Polşa ticarət mərkəzindəki yanğında Rusiyanı günahlandırır