23 Dekabr 2024, 07:46
Tramp: Putin mənimlə mümkün qədər tez görüşmək istədiyini söylədi
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Arizona ştatında keçirilən proqramda xarici siyasətlə bağlı addımlarını dəyərləndirib.
Tramp: Putin mənimlə mümkün qədər tez görüşmək istədiyini söylədi şəkil
Tramp: Putin mənimlə mümkün qədər tez görüşmək istədiyini söylədi

"Operativ Media" xəbər verir ki, Ukraynadakı müharibənin bir an əvvəl bitməsi lazım olduğuna işarə edən Tramp, "(Rusiya) prezident Putin mənimlə ən qısa zamanda görüşmək istədiyini söylədi. Bunu gözləyəcəyik, amma bu müharibəni bitirməliyik" deyə bildirib.

Ukraynadakı müharibənin dəhşətli müharibə olduğunu və bu müharibədə “milyonlarla” əsgərin həyatını itirdiyini qiymətləndirən Tramp prezident olacağı təqdirdə Ukrayna müharibəsinin heç vaxt başlamayacağını müdafiə edib.

Yanvarın 20-də and içəcək prezident olacaq Tramp uzun müddətdir ki, Ukraynada və Yaxın Şərqdəki müharibələrə son qoyacağı iddiasını səsləndirir.

Son xəbərlər
"Mançester Siti" rəsmisi 16 yaşlı qapıçı üçün Türkiyəyə gəldi - FOTO
Ötən həftə 156 yanğına çıxış olub
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb