Menyu

Şolts: "Ukrayna üzərində uçuşsuz zonanın yaradılması aktual deyil"

Şolts: "Ukrayna üzərində uçuşsuz zonanın yaradılması aktual deyil"
1 dəq oxu

“Ukrayna üzərində uçuşun qadağan edildiyi zonanın yaradılması məsələsi, həmçinin oraya NATO qoşunlarının göndərilməsi nə indi aktualdır, nə də gələcəkdə aktual olacaq”.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NATO Ukrayna səmasında uçuşsuz zonanın yaradılması fikrini dəstəkləməyəcəyini dərhal bildirib: “Bu vəziyyətlə bağlı dəyişən bir şey yoxdur”.

O.Şolts quru qoşunlarının heç bir halda Ukraynaya göndərilməyəcəyini, müharibədə bilavasitə iştirak etməyəcəklərini də sözlərinə əlavə edib: “Bu, indi də belədir, gələcəkdə də belə olacaq. Sözümüzə etibar edə bilərsiniz”.

 

Əlaqəli Xəbərlər