23 Dekabr 2024, 10:58
Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşəcək
Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.
Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşəcək şəkil
Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşəcək

Bu barədə "Operativ Media" Serbiya dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüş yerli vaxtla saat 11:30-da Serbiya Prezidentinin Baş Katibliyi binasında keçiriləcək.

Səfər çərçivəsində C.Bayramovun Serbiya səfirlərinin konfransında çıxışı, həmçinin xarici işlər naziri (XİN) Marko Curiç və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulub.

İkigünlük konfrans zamanı iştirakçılar dünyada cari geosiyasi vəziyyəti, Serbiyanın Avropa inteqrasiyası prosesini, regional problemləri və digər mövzuları müzakirə edəcəklər.

Konfransı Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç, Azərbaycan və Serbiyanın XİN başçılarının açacağı gözlənilir.

Konfrans çərçivəsində Serbiyanın Avropa inteqrasiyası naziri Tanya Mişçeviçin çıxış edəcəyi "Avropa inteqrasiyası məsələləri" mövzusunda panel müzakirəsi nəzərdə tutulub. Səfirlər konfransının birinci gününü Serbiya Baş naziri Miloş Vuçeviç bağlayacaq.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb